Pərviz Şahbazov: "Enerji siyasətində Naxçıvanın strateji əhəmiyyəti artır"

Pərviz Şahbazov: "Enerji siyasətində Naxçıvanın strateji əhəmiyyəti artır"
03.06.2023 11:50
Aa
dəq

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasətində Naxçıvanın strateji əhəmiyyəti artır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Bakı Enerji Həftəsi çərçivəsində Naxçıvanda keçirilən xüsusi sessiyada energetika naziri Pərviz Şahbazov bildirib.

"Naxçıvan Azərbaycan xalqına anadan olmasının 100 illiyini qeyd etdiyimiz böyük şəxsiyyət Ulu Öndər Heydər Əliyevi bəxş edib. Naxçıvanın inkişafı da onun adı ilə sıx bağlıdır. Ona görə də “Heydər Əliyev ili”ndə Naxçıvanda keçirilən “Enerji həftəsi”nin öz rəmzi mənası və xüsusi missiyası var. Naxçıvanın enerji təhlükəsizliyini möhkəmləndirən və onu enerji mərkəzinə çevirən yeni bir inkişaf mərhələsi başlanır", - deyə o qeyd edib.

Dövlət başçısı Azərbaycanın gələcəyini “yaşıl enerji” ölkəsi kimi inkişafda görür, hazırda bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirir. Qarabağ və Şərqi Zəngəzurla yanaşı Naxçıvanın “yaşıl enerji zonası” elan edilməsi də ölkə prezidentinin mütərəqqi inkişaf siyasətinin təzahürüdür. Bu aspektdə, Azərbaycanın təmiz ətraf mühitə malik “yaşıl artım”, “yaşıl enerji”ni istehsal və ixrac edən ölkəyə transformasiyasında Şərqi Zəngəzur və Naxçıvanın rolu güclənir. Bu bölgələr həm də 2050-ci ilə karbon emissiyalarının 40% azaldılması hədəfimizə doğru aparan yolun əhəmiyyətli hissəsinə çevrilir", - deyə nazir əlavə edib.

Həftənin ən çox oxunanları

Britaniya şirkəti Qarabağdakı yataqlara çıxış üçün Azərbaycan hakimiyyəti ilə danışıqlara başlayıb

Britaniya şirkəti Qarabağdakı yataqlara çıxış üçün Azərbaycan hakimiyyəti ilə danışıqlara başlayıb
DAVAMIN OXU davamın oxu

Bolqarıstan Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə yaradılacaq birgə müəssisədə iştirak edəcək

Bolqarıstan Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə yaradılacaq birgə müəssisədə iştirak edəcək
DAVAMIN OXU davamın oxu

Pərviz Şahbazov Gürcüstana səfər edib

Pərviz Şahbazov Gürcüstana səfər edib
DAVAMIN OXU davamın oxu

Mikayıl Cabbarov: "Azərbaycan Orta Asiyanın ehtiyatlarını Türkiyə və gələcəkdə dünya bazarına çatdıracaq"

Mikayıl Cabbarov:
DAVAMIN OXU davamın oxu

Bakı, Astana və Daşkənd enerji sistemlərinin inteqrasiyasına hazırlıqla bağlı vəziyyət açıqlanıb

Bakı, Astana və Daşkənd enerji sistemlərinin inteqrasiyasına hazırlıqla bağlı vəziyyət açıqlanıb
DAVAMIN OXU davamın oxu