Əsas məzmuna keç
Zaur Əliyev

Zaur Əliyev

Kənd təsərrüfatı nazirinin müavini

Mənbə: agro.gov.az · yoxlanılıb 08.09.2026

Tərcümeyi-hal

1984-cü il fevralın 16-da anadan olub.

2007–2008-ci illərdə Almaniya Texniki Əməkdaşlıq Təşkilatında layihə assistenti, Azərbaycan Dövlət Aqrar Universitetində müəllim, 2008–2011-ci illərdə Münhen Texniki Universitetində elmi işçi olub. 2012–2013-cü illərdə Twinning layihəsi üzrə layihə koordinatoru, 2014–2015-ci illərdə Garant Holdinqdə kənd təsərrüfatı layihələri üzrə menecer, 2015–2016-cı illərdə “Peşə Tədris Mərkəzinin yaradılması” layihəsində ekspert kimi çalışıb.

2016–2019-cu illərdə “Yalama Aqropark” MMC-nin direktoru, 2019–2020-ci illərdə İsveçin Niras şirkətində layihə eksperti, 2020–2023-cü illərdə Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində şöbə müdiri, 2023-cü ilin iyunundan 2026-cı ilin yanvarınadək kənd təsərrüfatı nazirinin müşaviri olub. Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 26 yanvar tarixli Sərəncamı ilə kənd təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin edilib.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

2000–2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Biznesin təşkili və idarə edilməsi (kənd təsərrüfatı sahəsi üzrə)” ixtisası üzrə bakalavr təhsili alıb. 2007-ci ildə Almaniyanın Vaynştefan Tətbiqi Elmlər Universitetində, 2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində magistr dərəcəsi alıb.