Əsas məzmuna keç
Elçin Zeynalov

Elçin Zeynalov

Kənd təsərrüfatı nazirinin müavini

Mənbə: agro.gov.az · yoxlanılıb 08.09.2026

Tərcümeyi-hal

1970-ci il sentyabrın 21-də Bakı şəhərində anadan olub. 1998-ci ildə fəlsəfə doktoru, 2014-cü ildə elmlər doktoru elmi dərəcəsini alıb.

1995–2003-cü illərdə Azərbaycan Dövlət Neft Akademiyasında elmi işçi, 2003–2006-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində sektor müdiri, 2006–2008-ci illərdə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlara Kömək Milli Fondunun icraçı direktoru olub. 2008-ci ildə İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Dövlət Xidmətinin rəisi vəzifəsində çalışıb.

2010–2013-cü illərdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Strateji planlaşdırma, investisiya və elmi potensial şöbəsində məsləhətçi və şöbə müdiri, 2013–2018-ci illərdə həmin nazirliyin tabeliyindəki İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru, 2018–2019-cu illərdə kənd təsərrüfatı nazirinin müşaviri və Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru olub. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 9 oktyabr tarixli Sərəncamı ilə kənd təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin edilib.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

1987–1992-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının İstehsal proseslərinin avtomatlaşdırılması fakültəsini fərqlənmə diplomu ilə bitirib, 1992–1995-ci illərdə həmin akademiyada aspirantura təhsili alıb. 2007–2009-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə təhsil alıb. Elmlər doktorudur.