Azər Əziz oğlu Bayramov
İqtisadiyyat nazirinin müavini
Tərcümeyi-hal
1970-ci ildə anadan olub.
1990–1992-ci illərdə Maliyyə Nazirliyinin Baş Dövlət Vergi Müfəttişliyində dövlət vergi müfəttişi, 1992–1996-cı illərdə Beynəlxalq Vergiqoyma İdarəsinin rəisi, 1997–1999-cu illərdə İri Vergi Ödəyiciləri ilə İş üzrə İdarənin rəisi, 2000–2004-cü illərdə Maliyyə Nazirliyinin Vergi Siyasəti və Gəlirlər Baş İdarəsinin rəisi vəzifələrində çalışıb.
2004-cü ildən 2026-cı il yanvarın 14-dək maliyyə nazirinin müavini, eyni zamanda Büdcə Gəlirlərinin Proqnozlaşdırılması üzrə Komissiyanın sədri olub. Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 14 yanvar tarixli Sərəncamı ilə iqtisadiyyat nazirinin müavini təyin edilib.
Təhsil
1990-cı ildə N.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialını, 2000-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.