Əsas məzmuna keç
Anar Ədalət oğlu Axundov

Anar Ədalət oğlu Axundov

İqtisadiyyat nazirinin müavini

Mənbə: economy.gov.az · yoxlanılıb 08.09.2026

Tərcümeyi-hal

1975-ci ildə anadan olub.

Əmək fəaliyyətinə Bakı Banklararası Valyuta Birjasında başlayıb, bir sıra kommersiya banklarında çalışıb. 1999–2004-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində baş mütəxəssis, şöbə rəisi və departament rəisi, 2004–2006-cı illərdə Bakı Fond Birjasının Fond bazarının inkişafı departamentinin rəisi və İdarə Heyətinin sədri, 2006–2009-cu illərdə Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru olub.

2009–2014-cü illərdə “Bank Standart” QSC-nin İdarə Heyəti sədrinin müavini, 2014–2022-ci illərdə Təhsil Nazirliyində idarə rəisi vəzifəsində işləyib. 2022-ci ildə Prezidentin Sərəncamı ilə SOCAR-ın Müşahidə Şurasının üzvü təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 16 aprel tarixli Sərəncamı ilə iqtisadiyyat nazirinin müavini təyin olunub.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetini iqtisadçı ixtisası üzrə bitirib.