Səməd Əlövsət oğlu Bəşirli
İqtisadiyyat nazirinin müavini
Tərcümeyi-hal
1976-cı ildə anadan olub.
1999–2016-cı illərdə ticarət, iqtisadi inkişaf, iqtisadiyyat və sənaye, habelə iqtisadiyyat nazirliklərində aparıcı məsləhətçi, baş məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini və şöbə müdiri vəzifələrində çalışıb. 2016–2019-cu illərdə Çində yerləşən Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) İnstitutunda şöbə müdiri, 2020–2022-ci illərdə İqtisadiyyat Nazirliyində sənaye şöbəsinin müdiri və nazirin müşaviri olub.
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 15 iyul tarixli Sərəncamı ilə iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.
Təhsil
1994–1998-ci illərdə Türkiyənin Qazi Universitetinin İqtisadiyyat və idarəetmə elmləri fakültəsində bakalavr, 1998–2000-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında politologiya ixtisası üzrə magistr təhsili alıb. 2007–2008-ci illərdə Böyük Britaniyanın Birmingem Universitetində maliyyə ixtisası üzrə magistr proqramını bitirib.