Əsas məzmuna keç
Sahib Nurəddin oğlu Ələkbərov

Sahib Nurəddin oğlu Ələkbərov

İqtisadiyyat nazirinin müavini

Mənbə: economy.gov.az · yoxlanılıb 08.09.2026

Tərcümeyi-hal

1952-ci ildə anadan olub.

1974-cü ildən Azərbaycan Dəmir Yolunun Biləcəri qovşağında mühəndis, 1975–1996-cı illərdə komsomol və partiya orqanlarında, 1996–2005-ci illərdə özəl sahələrdə müxtəlif vəzifələrdə işləyib. İki çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı və komissiya sədri olub. 2005–2009-cu illərdə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı, 2009-cu ilin iyunundan Dövlət Statistika Komitəsi sədrinin müavini vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 2 iyul tarixli Sərəncamı ilə vergilər nazirinin müavini, 2020-ci il 1 aprel tarixli Sərəncamı ilə iqtisadiyyat nazirinin müavini təyin edilib.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 1984-cü ildə Moskva İctimai Elmlər Akademiyasını bitirib.