Əsas məzmuna keç

Mikayıl Cabbarov Şavkat Mirziyoyev tərəfindən qəbul olunub

Mikayıl Cabbarov Şavkat Mirziyoyev tərəfindən qəbul olunub

İqtisadiyyat naziri Daşkənddə keçirilən görüşdə İlham Əliyevin salamlarını çatdırıb. İki ölkə arasında ticarət və investisiya əlaqələrinin inkişafı müzakirə olunub.

en ru

Azərbaycanın naziri Mikayıl Cabbarov Özbəkistana səfəri çərçivəsində Şavkat tərəfindən qəbul olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, nazir bu barədə hesabında paylaşım edib.

Mikayıl Cabbarov bildirib ki, görüş zamanı Prezident İlham Əliyevin salamları Şavkat Mirziyoyevə çatdırılıb. Özbəkistan Prezidenti də öz növbəsində dövlət başçısına salamlarını çatdıraraq –Özbəkistan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.

Görüşdə iki ölkə liderlərinin siyasi iradəsi nəticəsində ikitərəfli əməkdaşlığın yeni mərhələyə yüksəldiyi vurğulanıb. Tərəflər iqtisadi əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı ticarət və investisiya təşəbbüslərinin təşviqi, həmçinin biznes əlaqələrinin gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…