Operativ Məlumat Mərkəzi

Mikayıl Cabbarov sabah Pakistana səfər edəcək

1 dəq
Paylaş:
Mikayıl Cabbarov sabah Pakistana səfər edəcək
{"az":"Sabah iqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistanla qarşılıqlı anlaşma memorandumları və investisiya layihələri üzrə sazişlərin müzakirəsini tamamlamaq...","en":"","ru":""}

Sabah iqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistanla qarşılıqlı anlaşma memorandumları və investisiya layihələri üzrə sazişlərin müzakirəsini tamamlamaq üçün bu ölkəyə səfər edəcək.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Pakistanın xarici işlər nazirliyinə istinadən xəbər verir.

Səfər zamanı M.Cabbarov Baş nazir Şahbaz Şəriflə görüşəcək. O, Baş nazirin müavini və xarici işlər naziri, senator Məhəmməd İshak Darın rəhbərlik etdiyi Pakistan nümayəndə heyəti ilə investisiya məsələlərini müzakirə edəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər