Əsas məzmuna keç

Mikayıl Cabbarovun İtaliyaya səfəri başlayır

Mikayıl Cabbarovun İtaliyaya səfəri başlayır

İqtisadiyyat naziri Romada keçiriləcək biznes forumda iştirak edəcək. Səfər çərçivəsində Azərbaycan ilə İtaliya arasında investisiya əməkdaşlığı müzakirə olunacaq.

en ru

Bu gün iqtisadiyyat naziri Cabbarovun İtaliyaya iki günlük səfəri başlayır.

“Operativ Məlumat Mərkəzi-OMM” İtaliya mətbuatına istinadən xəbər verir ki, səfərdə onu Azərbaycanın aparıcı dövlət və özəl şirkətlərinin, o cümlədən investisiya şirkətlərinin yüksək vəzifəli şəxsləri müşaiyət edəcək.

Nümayəndə heyətində Dövlət Neft Şirkəti (SOCAR), Azərbaycan İnvestisiya Holdinqi, "AzerGold" QSC, "Azəralüminium" MMC, "Baku Steel Company" QSC, "PAŞA Holdinq" MMC, nazirlik yanında Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və "Azərbaycan Biznesinin İnkişafı Fondu" ASC təmsil olunur.

Xatırladaq ki, bu ilin mayında SOCAR "Italiana Petroli" (IP) şirkətinin səhm paketinin 99,82 %-ni "API Holding"dən satın alıb. Son nəticədə ilin I yarısının yekununda Azərbaycanın İtaliyaya birbaşa investisiya qoyuluşu 3 miyard 245,6 milyon dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 309,4 dəfə çoxdur. Bu ölkənin birbaşa xarici investisiyalarda xüsusi çəkisi isə 0,8 %-dən 64,9 %-ə yüksəlib.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsinin dəyəri təxminən 9,2 milyard ABŞ dolları olub. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 3,2 % çoxdur. Bunun təxminən 8,8 milyard dolları (+3 %) ixracın, 400 milyon dolları (+6,6 %) isə idxalın payına düşüb.

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…