Əsas məzmuna keç

Mikayıl Cabbarov yunan-Roma güləşi millisini təbrik etdi

Mikayıl Cabbarov yunan-Roma güləşi millisini təbrik etdi

AGF rəhbəri Tirana zəfərini şərh etdi: Həsrət Cəfərov və Qurban Qurbanovun qızıl medalları ilə Avropa çempionu olan millimizin tarixi uğurunun detalları burada.

en ru

Güləş Federasiyasının prezidenti Albaniyanın Tirana şəhərində keçirilən Avropa çempionatında komanda hesabında birinci olan yunan-Roma güləşi millisini təbrik edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, qurum rəhbəri bu barədə hesabı vasitəsilə paylaşım edib.

O, güləşçilərin hər birinə təbrik ünvanlayıb:

"Biz Avropanın ən güclüsüyük! Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında yunan-Roma güləşi üzrə milli komandamızın növbəti möhtəşəm uğuru hər birimizi sevindirir və qürurlandırır. Həsrət Cəfərovun (67 kq) ardıcıl 4-cü dəfə Avropa çempionu olaraq tarix yazması, Qurbanovun (82 kq) titulunu qoruyaraq yenidən zirvəyə yüksəlməsi böyük əzmin, zəhmətin və peşəkarlığın bariz nümunəsidir. Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasovun (87 kq) qazandığı bürünc medallar da komandamızın döyüş ruhunu bir daha nümayiş etdirdi. Bu əlamətdar uğur münasibətilə idmançılarımızı, onların məşqçilərini və ailələrini səmimi qəlbdən təbrik edir, Azərbaycan idmanının beynəlxalq arenada qazandığı bu qələbələrin davamlı olmasını arzulayıram".

Xatırladaq ki, Azərbaycanın yunan-Roma güləşçiləri Avropa çempionatında 5 medal qazanıblar. Həsrət Cəfərovla (67 kq) Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) bürünc mükafat əldə ediblər. Həmçinin yunan-Roma güləşi millisi komanda hesabında Avropa çempionu olub.

Qitə birinciliyi aprelin 26-da başa çatacaq.

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…