Rüfət Cahangir oğlu Hacıəlibəyov
Səhiyyə nazirinin müavini
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi
Tərcümeyi-hal
Rüfət Cahangir oğlu Hacıəlibəyov 1971-ci il oktyabrın 2-də Bakı şəhərində anadan olub. Orta təhsilini Bakı şəhərindəki 39 nömrəli məktəbdə alıb.
1996–2001-ci illərdə “Xerox” şirkətində kommersiya nümayəndəsi işləyib. 2001–2012-ci illərdə “Hewlett-Packard” şirkətinin Azərbaycan nümayəndəliyində korporativ menecer, son səkkiz ildə isə direktor vəzifəsində çalışıb. 2012–2016-cı illərdə “Microsoft”, 2016–2022-ci illərdə “SAP” şirkətinin Azərbaycan nümayəndəliyinin direktoru olub.
2022-ci ilin iyulundan səhiyyə nazirinin səhiyyənin rəqəmsallaşdırılması məsələləri üzrə müşaviri vəzifəsində çalışıb; bu müddətdə ölkənin elektron səhiyyə üzrə milli strategiyasının hazırlanmasına və icrasına rəhbərlik edib. 2026-cı il iyulun 6-da Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə səhiyyə nazirinin müavini təyin olunub. Fəaliyyət istiqamətlərinə innovasiyaların tətbiqi, strateji idarəetmə, səhiyyənin rəqəmsallaşdırılması və tibbi statistika daxildir.
2021–2022-ci illərdə KOBİA yanında innovativ startapların inkişafı üzrə Ekspert Komissiyasının üzvü olub, 2017-ci ildən Bakı Mühəndislik Universitetinin Himayəçilər Şurasının üzvüdür. 2021-ci ildə Prezidentin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.
Təhsil
1996-cı ildə Azərbaycan Dövlət Neft Akademiyasını geofizika mühəndisliyi ixtisası üzrə bitirib.
Oxşar profillər
Hamısına bax →Əli Hidayət oğlu Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Yaqub Abdulla oğlu Eyyubov
Baş nazirin birinci müavini
Şahin Abdulla oğlu Mustafayev
Baş nazirin müavini
Samir Rauf oğlu Şərifov
Baş nazirin müavini
Vilayət Süleyman oğlu Eyvazov
Daxili işlər naziri
Rəşad Sahil oğlu İsmayılov
Ekologiya və təbii sərvətlər naziri