Əsas məzmuna keç

Qəzzanın bərpası 15-20 il çəkə bilər - 15.08.2024

Qəzzanın bərpası 15-20 il çəkə bilər - 15.08.2024

bu barədə “Əl-Qahirə əl-İxbariyyə” telekanalının dərc etdiyi ekspert rəyində deyilir. Bildirilir ki, anklavın ərazisi hazırda ümumi çəkisi təxminən 40...

İsrailin Fələstinin şəhər və qəsəbələri bombalaması zamanı bütün binaların dağıntılarının edilməsi və təmizlənməsi üçün azı 15 il, onları bərpa etmək üçün isə 20 il vaxt lazımdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Əl-Qahirə əl-İxbariyyə” telekanalının dərc etdiyi ekspert rəyində deyilir.

Bildirilir ki, anklavın ərazisi hazırda ümumi çəkisi təxminən 40 milyon ton olan dəmir-beton tikililərin fraqmentləri ilə örtülüdür. Ümumilikdə, bu günə qədər sektorda müxtəlif təyinatlı, demək olar ki, 173,3 min bina bombardmanlar nəticəsində dağıdılıb ki, bu da Qəzzada bütün binaların yarısını . İqtisadçıların fikrincə, sektorun xarabalıqlarını təmizləmək üçün azı 600 milyon dollar xərcləmək lazım gələcək.

Mütəxəssislər həmçinin belə qənaətə gəliblər ki, İsrail qüvvələrinin hərbi əməliyyatı zamanı dağıntıların bərpası təxminən 20 il çəkəcək. İlkin hesablamalara görə, sektorun yenidən qurulmasının dəyəri 40 milyard dolları ötəcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…