“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi “Adidas”ın “Messi +10” kampaniyası çərçivəsində 2026-cı ildə diqqət mərkəzinə çıxarılacaq 10 gənc futbolçunu seçib.
Kişi futbolçular arasında “Boka Xuniors”dan Tomas Aranda, “Arsenal”dan Maks Dauman, “Kristal Pelas”dan Zeyvier Qozo, “Komo”dan Hesus Rodriges, AZ-dan Kes Smit, “Tixuana”dan Hilberto Mora və “Ayntraxt Frankfurt”dan Can Uzun var.
Qadın futbolçular siyahısına isə “Çelsi”nin oyunçusu Xloya Sarvi, “Lion”da çıxış edən Covanna Vaksman və “Hamburq”un üzvü Lotta Vrede daxil edilib. Seçilən futbolçuların yaşı 16-20 arasındadır.
“Marca” yazır ki, “Adidas” bu nəsli “Növbəti fəsil burada başlayır” şüarı ilə təqdim edib və Messi kampaniyanın əsas simasıdır. Nəşrin qeyd etdiyinə görə, bu, rəsmi reytinq deyil, reklam kampaniyası çərçivəsində gənc istedadların seçilməsidir.
Messi əvvəllər də “Adidas”ın perspektivli futbolçularla bağlı kampaniyasında iştirak edib. O, 2015-ci ildə Aleksey Mirançuku, 2016-cı ildə isə Nadejda Karpovanı seçmişdi.