Əsas məzmuna keç

Qəzzada binaların 82 faizi dağılıb və ya zərər görüb

Qəzzada binaların 82 faizi dağılıb və ya zərər görüb

Fələstin Mərkəzi Statistika Bürosunun məlumatına görə, 2023-cü ilin oktyabrından 2026-cı ilin iyununa qədər Qəzzada təxminən 201 min 290 tikili zərər görüb. Bölgədə milyonlarla insan sığınacaq və əsas xidmətlər çatışmazlığı ilə üzləşir.

en ru

OMM Bot · bu xəbərdə 3 əsas fakt

  • Hesabata görə, Qəzzadakı binaların təxminən 82 faizi zərər görüb və ya dağılıb.
  • Qəzzada 328 min 627 yaşayış mənzili zərər görüb.
  • NRC-yə görə, məhdudiyyətlər səbəbindən 1,65 milyon insan qışda sığınacaq və qızınma problemi ilə üzləşəcək.

Faktları süni intellekt bu xəbərin öz mətnindən seçib.

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Fələstin Mərkəzi Statistika Bürosu BMT-nin Peyk Mərkəzinin (UNOSAT) təhlillərinə əsaslanaraq Qəzza zolağında yaşayış fonduna və infrastruktura dəymiş ziyanla bağlı hesabat dərc edib. Məlumatda İsrail ordusunun 2023-cü ilin oktyabrından bəri həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində bölgədəki binaların təxminən 82 faizinin zərər gördüyü və ya tamamilə dağıldığı bildirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 2023-cü ilin oktyabrından 2026-cı ilin iyununa qədər olan dövrdə Qəzzada 201 min 290-a yaxın tikili zədələnib.

Bunlardan 134 min 422 binanın tamamilə yerlə-yeksan edildiyi, 13 min 848-nin isə ağır zərər çəkdiyi diqqətə çatdırılır. Zərər görmüş yaşayış mənzillərinin ümumi sayı 328 min 627-yə çatıb. İki milyondan çox əhalinin böyük hissəsididərgin düşərək Qəzza zolağının 40 faizindən az olan ərazisində məskunlaşmağa məcbur olub. Dağıntıların miqyası “Google Earth” sisteminin yenilənmiş peyk görüntülərində də öz əksini tapıb. aktrisası Ancelina Coli həmin görüntüləri paylaşaraq humanitar fəlakətin dərinliyinə diqqət çəkib.

Məlumata görə, Qəzzada mülki və sosial infrastrukturun 90 faizi sıradan çıxarılıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) göstəricilərinə əsasən, sığınacaqların 82 faizində su təhlükəsizliyi böhranı yaşanır, əhalinin 70 faizi isə gündəlik cəmi 6 litr su ilə kifayətlənməli olur.

Eyni zamanda, Norveç Qaçqınlar Şurası (NRC) bildirib ki, elan edilmiş atəşkəsdən təxminən bir il keçməsinə baxmayaraq, İsrailin tikinti materiallarının (sement, taxta, metal lövhələr) bölgəyə girişinə qoyduğu məhdudiyyətlər səbəbindən 1,65 milyon insan (300 min ailə) qarşıdan gələn qış mövsümündə sığınacaq və qızınma problemi ilə üz-üzə qalacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…