Əsas məzmuna keç

Euro-Med: Qəzzada 10 mindən çox uşaq əzasını itirib

Euro-Med: Qəzzada 10 mindən çox uşaq əzasını itirib

Təşkilat İsrailin Qəzza zolağına hücumlarının üçillik nəticələrinə dair hesabat yayıb. Məlumatda 74 mindən çox insanın öldüyü, 175 mindən çoxunun yaralandığı bildirilir.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

zonasında fəaliyyət göstərən və mərkəzi Cenevrədə “Euro-Med Human Rights Monitor” beynəlxalq insan hüquqları təşkilatı İsrail Silahlı Qüvvələrinin Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatların üçillik fəsadlarına dair genişhesabatlı bəyanat yayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hüquq müdafiə təşkilatının bəyanatında 2025-ci il oktyabrın 10-da tərəflər arasında atəşkəs razılaşmasının elan olunmasına baxmayaraq, İsrailin Qəzza zolağında müxtəlif üsul və formalarla mülki əhaliyə qarşı təzyiq siyasətini davam etdirdiyi vurğulanır.

Məlumata əsasən, 2,4 milyon nəfər əhalisi olan Qəzza zolağında fələstinlilərin 13 faizi birbaşa hərbi əməliyyatların qurbanı olub — həlak olub, yaralanıb, itkin düşüb və ya saxlanılıb. “Euro-Med” zərərçəkənlərin 30 faizinin uşaqlar, 20 faizinin qadınlar olduğunu, həlak olanların hər 10 nəfərindən 9-nun isə dinc mülki şəxslərdən ibarət olduğunu sənədləşdirib.

Fələstin Səhiyyə Nazirliyinin rəsmi statistikasına görə, İsrailin hərbi zərbələri nəticəsində 74 min 382 fələstinli həlak olub, 175 min 416 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hüquq müdafiəçiləri yaralananların minlərlə nəfərinin əzalarının amputasiya edildiyini, 10 mindən çox uşağın fiziki imkanlarını itirdiyini bildirirlər. Ümumilikdə 21 mini uşaq olmaqla, 40 minə yaxın insanın daimi əlilliklə yaşayacağı və ya uzunmüddətli tibbi reabilitasiyaya ehtiyac duyacağı qeyd olunur.

Saxlanılan şəxslərə qarşı qeyri-insani rəftar və işgəncə faktları Hesabatda hərbi əməliyyatların davam etdiyi üç il ərzində 12 min fələstinlinin İsrail təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldığı bildirilir. “Euro-Med” azadlığa buraxılmış 100 nəfər keçmiş məhbusla aparılan müsahibələr əsasında İsrailin saxlama məntəqələrində və həbsxanalarda tətbiq edilən 42 növ işgəncə və alçaldıcı rəftar üsulunu sənədləşdirib. Sənəddə fiziki zorakılıq, psixoloji təzyiq, elektrik cərəyanı ilə işgəncə və saxlanma şəraitinin ağır olması səbəbindən ölüm hallarının baş verdiyi vurğulanır.

Humanitar fəlakət və dağıntıların miqyası Təşkilat Qəzza zolağının bütün əhalisinin dərin psixoloji travma aldığını və kəskin ərzaq çatışmazlığı ilə üzləşdiyini diqqətə çatdırıb. Hökumət mənbələrinə istinadən bildirilir ki, atəşkəs razılaşmasından bir il keçməsinə baxmayaraq, İsrail bölgənin blokadasını sürdürür. Su infrastrukturuna dəyən ağır zərər nəticəsində adambaşına düşən gündəlik içməli su həcmi 98 faiz azalıb. Həmçinin 3 milyon ağac, 85 min dönüm meyvə bağı və 8 min 700 su quyusu sıradan çıxarılıb.

Qəzza hökumətinin Media Ofisinin yaydığı məlumata əsasən, atəşkəs qüvvəyə mindikdən sonra İsrail tərəfi 5 min 474 dəfə razılaşmanın şərtlərini pozub, 203 fələstinlini saxlayıb. Mülki infrastruktura dəyən ziyanın miqyası 90 faiz təşkil edir. Beynəlxalq ekspertlərin hesablamalarına görə, anklavın tam bərpası və yenidən qurulması üçün ən azı 71,4 milyard dollar vəsait tələb olunacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…