Əsas məzmuna keç

Atəşkəsdən sonra Qəzzada 250-dən çox fələstinlinin cəsədi tapılıb.

Atəşkəsdən sonra Qəzzada 250-dən çox fələstinlinin cəsədi tapılıb.

Oktyabrın 10-da atəşkəsin qüvvəyə minməsindən sonra Qəzza zolağının müxtəlif bölgələrində hərbi əməliyyatlar nəticəsində 250-dən çox fələstinlinin cəsədi...

Oktyabrın 10-da atəşkəsin qüvvəyə minməsindən sonra Qəzza zolağının müxtəlif bölgələrində hərbi əməliyyatlar nəticəsində 250-dən çox fələstinlinin cəsədi tapılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı anklavın mülki müdafiə qüvvələrinin nümayəndəsinə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, dağılmış binaların dağıntıları altında hələ də minlərlə qalır və xilasetmə texnikasının çatışmazlığı axtarış işlərini xeyli çətinləşdirir.

Xatırladaq ki, oktyabrın 6-da İsrail və Fələstinin HƏMAS hərəkatının nümayəndə heyətləri Misir, Qətər, və Türkiyənin vasitəçiliyi ilə vəziyyətin nizamlanması üzrə dolayı danışıqları bərpa ediblər.

Oktyabrın 9-da tərəflər ABŞ prezidenti Trampın təqdim etdiyi planının birinci mərhələsinin icrasına dair saziş imzalayıb.

Atəşkəs razılaşması oktyabrın 10-da Moskva vaxtı ilə saat 12:00-da qüvvəyə minib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…