Əsas məzmuna keç

Murad Məmmədov Azərbaycan millisinin noyabr heyətinə daxil edilib

Murad Məmmədov Azərbaycan millisinin noyabr heyətinə daxil edilib
— Foto: idman.biz

20 yaşlı yarımmüdafiəçi 2019-cu ildə Mahir Emreliyə yazdığı mesajda özü də milliyə düşmək arzusunu dilə gətirmişdi. Baş məşqçi Ayxan Abbasov onu noyabr oyunları üçün açıqlanan heyətə çağırıb.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

millisinin heyətinə dəvət alan Murad Məmmədovun 2019-cu ildə Mahir Emreliyə göndərdiyi mesaj sosial şəbəkələrdə diqqət çəkib. Həmin vaxt 13 yaşı olan futbolçu Emrelinin qol sevincindən təsirlənərək özü də qol vurub anasına ürək göstərmək istədiyini yazmışdı.

“Salam, Emreli. Sən də qol vurub ürək göstərdin anana. Mən də qol vurub anama ürək göstərəcəm, inşallah. Az qalıb, gəlirəm milliyə”, – Məmmədov mesajında qeyd etmişdi.

Milliyə dəvət və karyerası

Aradan yeddi il keçdikdən sonra Məmmədov əsas milliyə dəvət alıb. Ayxan Abbasov onu noyabr oyunları üçün açıqladığı 27 nəfərlik heyətə daxil edib. Siyahıda futbolçunun vaxtilə örnək götürdüyü də yer alıb.

2006-cı il aprelin 26-da anadan olan yarımmüdafiəçi “”nin akademiyasında yetişib və 2024/2025 mövsümündə əsas komandaya yüksəlib. Paytaxt klubunun heyətində 39 oyun keçirərək dörd qol vurub, dörd məhsuldar ötürmə edib.

2026-cı ilin yayında “Pafos”a keçən Məmmədov klubla 2030-cu ilin iyununa qədər müqavilə imzalayıb. O, UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində “Zalsburq”la cavab görüşündə 84-cü dəqiqədə fərqlənib; oyun 3:3 hesabı ilə başa çatıb.

Məmmədov Azərbaycan U-17, U-18, U-19 və U-21 komandalarında çıxış edib. U-21-də 11 matçda bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. noyabrın 13-də səfərdə Lixtenşteynlə, noyabrın 16-da isə yoxlama oyununda Andorra ilə qarşılaşacaq. Lixtenşteynlə görüş vaxtı ilə saat 23:45-də başlayacaq.

Futbolçu daha əvvəl “Pafos”a keçidindən sonra Avropada oynamaq arzusunu atasına danışdığını bildirmişdi: “Bir dəfə evdə oturarkən atama dedim ki, vaxt gələcək, mən belə klublarda oynayacağam, sən də evdən mənim avrokuboklardakı oyunlarımı izləyəcəksən. Şükürlər olsun ki, artıq buradayam və çox xoşbəxtəm”.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…