Azərbaycan millisinin və “Pafos” klubunun futbolçusu Murad Məmmədov zədəsini sağaldaraq meydana qayıdıb.
20 yaşlı yarımmüdafiəçi Kipr çempionatının VII turunda “Nea Salamina” ilə səfər oyununda iştirak edib. O, 70-ci dəqiqədə Qabriel Teyşeyranı əvəzləyib.
Görüş qolsuz heç-heçə ilə başa çatıb – 0:0.
Yeddi turdan sonra 12 xal toplayan “Pafos” turnir cədvəlində beşinci yerdədir. Murad Məmmədov indiyədək Kipr klubunun heyətində bir qol vurub.