Əsas məzmuna keç

"Fənərbaxça" Kiprdən müdafiəçi transfer edə bilər

"Fənərbaxça" Kiprdən müdafiəçi transfer edə bilər

İstanbul təmsilçisi "Pafos"un müdafiəçisi Derrik Lukassen üçün 3 milyon funt sterlinq təklif etdi. Kiprdə çıxış edən ulduz qışda Türkiyəyə transfer olunacaqmı?

ru en

” müdafiə xəttini gücləndirmək üçün diqqətini Kiprə yönəldib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi 30 yaşlı hollandiyalı-qanalı Derrik lə yaxından maraqlanır.

Lukassen cari mövsümdə Kiprin “Pafos” klubunun formasını geyinir və həm yerli çempionatda, həm də Çempionlar Liqası oyunlarında çıxış edib.

Müdafiəçinin klubla müqaviləsi 2026-cı il mayın 31-dək qüvvədədir.

Məlumatlara görə, “Fənərbaxça” futbolçunu artıq bu qış etmək niyyəti ilə “Pafos”a 3 milyon funt sterlinq məbləğində təklif göndərib. Lakin Kipr klubunun bu təklifə razılıq verib-verməyəcəyi hələlik açıqlanmayıb.

Qeyd edək ki, Lukassen “Pafos”a 2024-cü ilin iyul ayında qoşulub. O, karyerası ərzində Niderlandın U-21 millisində 9 oyun keçirib və 1 qol vurub.

“Transfermarkt” portalına əsasən, təcrübəli müdafiəçinin hazırkı bazar dəyəri 1 milyon avro təşkil edir.

“Fənərbaxça”nın bu transferi qış fasiləsində reallaşdırıb-reallaşdırmayacağı yaxın günlərdə bəlli olacaq.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…