Əsas məzmuna keç

Cənubi Koreya “Google” və “Apple”a 47,5 milyon dollar cərimə kəsib

Cənubi Koreya “Google” və “Apple”a 47,5 milyon dollar cərimə kəsib

Koreya Media və Kommunikasiya Komissiyası şirkətləri tətbiq tərtibatçılarını öz ödəniş sistemlərindən istifadəyə məcbur etməkdə ittiham edib. “Google” 32 milyon, “Apple” isə 15,5 milyon dollar cərimələnib.

en ru

Cənubi Koreyanın Media və Kommunikasiya Komissiyası ABŞ-nin "" və "" texnologiya giqantları ilə bağlı apardığı araşdırmaları yekunlaşdıraraq hər iki şirkətə qarşı iri məbləğdə cərimə sanksiyaları tətbiq edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Araşdırma 2021-ci ildə qəbul edilən və tətbiq tərtibatçılarının müəyyən ödəniş sistemlərindən istifadəyə məcbur edilməsini qadağan edən antiinhisar qanununun pozulması iddiası ilə aparılıb.

Tənzimləyici qurumun bəyanatında bildirilir ki, "Google" və "Apple" tətbiq tərtibatçılarını birbaşa şirkətlərin öz tətbiqdaxili ödəniş sistemlərindən istifadəyə yönəldib, xarici internet resursları üzərindən həyata keçirilən ödənişlərə isə suni maneələr yaradıblar.

Məlumata görə, şirkətlər tətbiqlərdə üçüncü tərəflərin ödəniş sistemlərinə texniki baxımdan icazə versələr də, tərtibatçılardan 26 faizlik komissiya haqqı tutub və öz sistemlərində təqdim olunan bəzi funksionallıqları məhdudlaşdırıblar. Komissiya bu addımların tərtibatçıları faktiki olaraq şirkətlərin öz sistemlərinə məcbur etməsi kimi dəyərləndirib. Bundan əlavə, tətbiqlərin yoxlanılması proseslərinin əsassız uzadıldığı və tərtibatçılara tutarlı izahat verilmədiyi halları da müəyyən olunub.

Qanunvericiliyin pozulması ilə əlaqədar "Google"a 32 milyon dollar, "Apple"a isə 15,5 milyon dollar məbləğində cərimə kəsilib. Tənzimləyici orqan hər iki texno-giqanta tərtibatçılarının tətbiqlərində xarici ödəniş keçidlərindən istifadəyə tam şərait yaratmağı və yoxlama prosedurlarını təkmilləşdirməyi tapşırıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…