Əsas məzmuna keç

Fransa naziri dörd ölkəni etirazları manipulyasiya etməkdə ittiham edib

Fransa naziri dörd ölkəni etirazları manipulyasiya etməkdə ittiham edib

Fransa xarici işlər naziri Barrot Sarı jiletlilərin etirazları ilə bağlı görüntülərin ölkənin xaricdəki imicinə zərər vurmaq məqsədilə təhrif edildiyini bildirib. O, İsraildəki seçkilərdən sonra da iki dövlətli həlli dəstəkləyəcəklərini deyib.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Fransanın Xarici İşlər naziri Jan-Noel Barro (Jean-Noël Barrot) “France 2” telekanalına müsahibəsində ölkədə keçirilən etiraz aksiyaları və İsraildə baş tutan ümumi seçkilərin nəticələri ilə bağlı vacib bəyanatlarla çıxış edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, fransalı nazir ölkədə baş verən nümayişlərin xaricdəki qüvvələr tərəfindən Fransa imicinə zərbə vurmaq məqsədilə təhrif edildiyini bildirib.

“Bu, , bəzən İsrail, İran və mənşəli fəaliyyətlərə aiddir. Sosial şəbəkələrdə nümayişləri kütləvi miqrasiya və ya radikal islamla əlaqələndirən paylaşımların artdığını gördük. Ölkəmizdə baş verənlərin səbəblərinin tamamilə fərqli olduğunu bilirik”, – deyə Barro vurğulayıb.

Nazir əlavə edib ki, Fransada miqrasiya mövzusuna həsr olunmuş məzmunların üçdə ikisi ölkə xaricində formalaşdırılır və xarici tərəfdaşlar, eləcə də rəqiblər Fransanı zəiflətmək üçün öz dezinformasiya ssenarilərini irəli sürürlər.

XİN rəhbəri müsahibəsində İsraildəki parlament seçkilərinin nəticələrinə də toxunub. Seçkilərdəki yüksək fəallığı dəyərləndirən nazir “İsrail xalqının deyəcək sözü var idi” ifadəsini işlədib. O, ərəb partiyalarının tarixi nəticə əldə etdiyini və bunun gələcək koalisiya hökumətinin qərarlarına ciddi təsir göstərəcəyini qeyd edib.

Barro vurğulayıb ki, seçkilərin nəticələrindən asılı olmayaraq, Fransa iki dövlətli həll modelini dəstəkləməkdə davam edəcək: “Bu bölgədə və sabitliyin təmin olunması üçün dinc yanaşı yaşayan iki dövlətli həll yolundan başqa alternativ yoxdur”. Nazir, həmçinin İordan çayının qərb sahilində Fələstin torpaqlarının zəbt edilməsi və artan zorakılıq hallarından narahatlığını dile gətirib.

Qeyd edək ki, Fransada “Sarı jiletlilər” həərəkatı həyat bahalılığına etiraz olaraq oktyabrın 17-də və 24-də ölkə miqyasında küçələrə çıxaraq genişmiqyaslı aksiyalar keçiriblər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…