Əsas məzmuna keç

“Apple” və "Google" xəritə tətbiqində həmin gölün adını dəyişdirdi

“Apple” və "Google" xəritə tətbiqində həmin gölün adını dəyişdirdi

Donald Trampın sərəncamı ilə Şimali Amerikanın nəhəng su hövzəsi yenidən adlandırıldı. Kanada və Nyu-York sərhədindəki dəyişiklik istifadəçiləri çaşdırdı.

en ru

“” ABŞ-dəkı xəritə tətbiqində Ontario gölünün adını "Amerika gölü" olaraq yeniləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Şirkətdən verilən açıqlamada bildirilib ki, ad dəyişikliyi yalnız ABŞ-dəkı istifadəçilərə göstəriləcək, Kanadadakı istifadəçilər isə gölü əvvəlki kimi "Ontario gölü" adı ilə görəcəklər.

Beynəlxalq istifadəçilərin ekranlarında isə hər iki ad eyni vaxtda göstərilir.

"" da "Google Maps" tətbiqində gölün adını ABŞ-dəkı istifadəçilər üçün "Amerika gölü" olaraq yeniləyib. Şirkət Kanadadakı istifadəçilər üçün adın "Ontario gölü" olaraq qalacağını açıqlayıb.

Qeyd edək ki, Şimali Amerikanın beş böyük gölündən biri olan Ontario gölü ABŞ-nin Nyu-York ştatı ilə Kanadanın Ontario əyaləti arasındakı sərhəddə yerləşir.

Xatırladaq ki, ABŞ Prezidenti avqustun 27-də Kanada ilə ticarət gərginliyinin artdığı bir vaxtda iki ölkə sərhədində yerləşən Ontario gölünün adının "Amerika gölü" olaraq dəyişdirilməsi ilə bağlı sərəncamını imzalayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…