Əsas məzmuna keç

Bakıda sabah hava yağıntılı keçəcək

Bakıda sabah hava yağıntılı keçəcək

bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bildirilib ki, hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz...

en ru

Bakıda və yarımadasında oktyabrın 23-də gecə və bəzi yerlərdə yağacağı, çaxacağı ehtimalı var.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-17° isti, gündüz 19-21° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət isə 65-75 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam qərb rayonlarında yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-17° isti, gündüz 19-24° isti, dağlarda gecə 5-9° isti, gündüz 10-15° isti olacaq.

Hava proqnozu

22° Bakıda indiTutqun
  1. Bu gün Tutqun 23° 19°
  2. Sabah Tutqun 20° 17° yağış 36%
  3. Birigün Günəşli 20° 17°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…