Əsas məzmuna keç

Karni Ontario gölünün adını saxlayacağını açıqladı

Karni Ontario gölünün adını saxlayacağını açıqladı

Donald Trampın gölün adını dəyişmək təşəbbüsünə Mark Karnidən sərt reaksiya: Vendat dilindən gələn tarixi ad niyə dəyişdirilə bilməz? Detallar yazımızda.

en ru

Kanadanın Mark Karni ABŞ Prezidenti Trampın “Amerika gölü” adlandırdığı gölünün 400 ildən çox tarixə malik olduğunu və öz qoruyacağını bildirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

“Ontario gölünün adı vendat dilindəki "Ontari'io" sözündən gəlir. Bu söz təxminən ‘gözəl göl, böyük göl’ mənasını verir. Bu adın 400 ildən artıq tarixi var və həm Kanada Konfederasiyasının yaradılmasından, həm də ABŞ-nin Müstəqillik Bəyannaməsinin qəbul edilməsindən əvvələ gedib çıxır”, - Karni qeyd edib.

əlavə edib ki, adı ABŞ-nin dəyişdiyini bilirlər:

"Onun ticarət əlaqələri, xarici siyasəti, milli abidələri və su hövzələrinin adları dəyişir. Kanadalılar da bilirlər ki, hər şeyi öz adı ilə çağırmaq lazımdır. Bu gölün adı dünən də, bu gün də, həmişə Ontario gölü olacaq”.

Məlumat üçün bildirək ki, ABŞ Prezidenti Donald Tramp avqustun 27-də Ontario gölünün adının dəyişdirilməsi ilə bağlı dərhal qüvvəyə minən sərəncam imzalayıb. Trampın Ontario gölünün adını dəyişdirmək qərarı ABŞ və Kanada arasında ticarət sazişinə dair razılığın əldə olunmamasından və tərəflərin bir-birinə qarşı yeni gömrük tarifləri tətbiq etməsindən sonra qəbul edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…