Əsas məzmuna keç

Tramp "Amerika gölü" adının "Apple" xəritələrində də dəyişdirilməsini istədi

Tramp "Amerika gölü" adının "Apple" xəritələrində də dəyişdirilməsini istədi

ABŞ Prezidenti Donald Tramp Kanada ilə sərhəddəki Ontario gölünün adının dəyişdirilməsi üçün Duq Berqamın vasitəçiliyi ilə Apple-a rəsmi müraciət edib.

en ru

ABŞ Prezidenti Trampın "Apple" şirkətindən xəritə tətbiqində gölünün adını " gölü" olaraq dəyişdirməsini istədiyi bildirilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

ABŞ naziri Duq Berqam televiziya proqramlarından birində çıxışı zamanı ad dəyişikliyi ilə bağlı tələbin bütün xəritə xidmətləri təqdim edən şirkətlərə çatdırıldığını açıqlayıb.

Berqamın sözlərinə görə, Tramp birbaşa "Apple" ilə əlaqə saxlayaraq bu tələbi şirkətə çatdırıb.

Nazir gölün adının “Apple”ın xəritə tətbiqində də yaxın zamanda dəyişdirilə biləcəyini bildirib.

Daha əvvəl “Google” da “Google Maps” tətbiqində gölün adını ABŞ-dəkı istifadəçilər üçün “Amerika gölü” olaraq yeniləmişdi.

Şirkət isə Kanadadakı istifadəçilər üçün gölün adının “Ontario gölü” olaraq qalacağını açıqlamışdı.

Qeyd edək ki, Prezident Donald Tramp avqustun 27-də Kanada ilə sərhəddə yerləşən Ontario gölünün adını “Amerika gölü” olaraq dəyişdirən sərəncam imzalayıb.

Bu addım ABŞ və Kanada arasında ticarət gərginliyinin artdığı bir vaxtda atılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…