Prezident İlham Əliyev 2009-cu il 9 fevral tarixli fərmanı ilə təsdiq edilmiş "Maliyyə Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, nazirliyin iri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları üzrə Komissiyanın Katibliyinin funksiyalarını həyata keçirmək vəzifəsi ləğv olunub.