Əsas məzmuna keç

İsraildə səslərin 84,5 faizi sayılıb: partiyaların mandat bölgüsü

İsraildə səslərin 84,5 faizi sayılıb: partiyaların mandat bölgüsü

Hazırkı nəticələrə əsasən, hakim blok 54, müxalifət bloku isə 49 mandatla seçki yarışını davam etdirir. İsrail vətəndaşı olan fələstinliləri təmsil edən partiyaların ümumilikdə 17 mandat qazanacağı gözlənilir.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

İsraildə keçirilən parlament seçkilərində bülletenlərin 84,5 faizi sayıldıqdan sonra hakim blokun 54, müxalifət blokunun isə 49 mandat əldə etdiyi bildirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsrail KİV-i məlumat yayıb.

Hazırkı mənzərəyə əsasən, hakim "Likud" Partiyası 27 mandat qazanaraq liderliyini qoruyur. Qadi Eyzenkotun "Yaşar" Partiyası isə 22 mandatla ikinci sırada qərarlaşıb.

İsrail vətəndaşı olan ərəbləri təmsil edən siyasi qüvvələrin ümumilikdə 17 mandat əldə etdiyi görünür. Belə ki, "Ortaq Siyahı"nın 11, Mənsur Abbasın rəhbərlik etdiyi "Raam" Partiyasının isə 6 deputat yeri qazanacağı gözlənilir.

Müxalifət düşərgəsində keçmiş baş nazirlər Naftali Bennet və Yair Lapidin "Birlikdə" Siyahısı 12, Aviqdor Libermanın "İsrail Evimiz" Partiyası 7, Yair Qolanın rəhbərlik etdiyi "Demokratlar" Partiyası isə 8 mandat civarında səs toplayıb.

Hakim blokda ultraortodoks harediləri təmsil edən "Şas" və "Birləşmiş Tövrat Yəhudiliyi" partiyalarının hər birinin 7 mandat qazanacağı proqnozlaşdırılır. Binyamin Netanyahunun ifrat sağçı müttəfiqlərindən İtamar Ben-Qvirin "Yəhudi Gücü" Partiyasının 7, Bezalel Smotriçin "Dini Sionizm" Partiyasının isə 6 deputat yeri əldə edəcəyi bildirilir.

KİV vurğulayır ki, səslərin tam sayılması başa çatdıqdan sonra mandatların yekun bölgüsündə dəyişikliklər mümkündür. Bununla belə, ərəb partiyalarının mövcud nəticələri fonunda hazırda nə Netanyahunun bloku, nə də Eyzenkotun rəhbərlik etdiyi müxalifət koalisiyası hökumət qurmaq üçün tələb olunan 61 nəfərlik səs çoxluğunu təmin edə bilmir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…