Əsas məzmuna keç

Netanyahu seçkilər öncəsi sağçı liderlərə səsləndi

Netanyahu seçkilər öncəsi sağçı liderlərə səsləndi

İsrailin Baş naziri Benyamin Netanyahu qarşıdan gələn parlament seçkilərində uğur qazanmaq üçün müttəfiqlərini fikir ayrılıqlarını kənara qoymağa dəvət edib.

en ru

seçkilər öncəsi Ben-Qvir və Smotriçi qüvvələrini birləşdirməyə çağırıb.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, İsrailin seçkiləri ərəfəsində ifrat sağçı siyasətçilər İtamar Ben-Qvir və Besalel Smotriçə müraciət edərək şəxsi fikir ayrılıqlarını bir kənara qoymağa və qüvvələrini birləşdirməyə çağırıb. Məlumatı “The Times of Israel” qəzeti yayıb.

Netanyahu yaxın günlərdə hər iki siyasətçi ilə görüşəcəyini və vahid cəbhənin yaradılması istiqamətində səylər göstərəcəyini bildirib. Baş nazirin sözlərinə görə, İsrail ictimaiyyəti də məhz belə bir addım gözləyir.

Siyasi analitiklər hesab edirlər ki, Netanyahunun çağırışının əsas səbəbi seçkiqabağı sorğuların nəticələridir. Sorğulara əsasən, Ben-Qvir və Smotriçin rəhbərlik etdiyi partiyaların ayrı-ayrılıqda seçkilərə qatılması onların parlamentə daxil olması baxımından ciddi risk yarada bilər.

Məlumata görə, partiyaların Knessetə keçid üçün tələb olunan baryerini aşa bilməməsi ehtimalı var. Hətta baryeri keçsələr belə, ayrı-ayrılıqda az sayda mandat əldə edəcəkləri proqnozlaşdırılır.

Qeyd edək ki, İsraildə növbəti parlament seçkiləri oktyabrın 27-də keçiriləcək. Bundan əvvəlki təhlillərdə Netanyahunun təhlükəsizlik məsələlərində sərt mövqeyinin onun rəhbərlik etdiyi “Likud” partiyasının reytinqinə müsbət təsir göstərə biləcəyi bildirilmişdi.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…