Əsas məzmuna keç

Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu

Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu

Bakı sakini olan iş adamı yüksək rütbəli hərbçinin adından istifadə edərək vətəndaşlardan külli miqdarda pul tələb etdiyi üçün hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

en ru

Bakıda polisin qanuni fəaliyyətinə mane olan və xuliqanlıq hərəkətləri edən həbs olunub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində baş verib.

Belə ki, bir neçə gün əvvəl gündüz saatlarında əməkdaşları hərəkətdə olan yük avtomobilini saxlayıblar.

Sərxan adlı sürücüyə həmin saatlarda yükgötürmə qabiliyyətinin 8 tondan çox olduğu vasitələrinin paytaxtın müəyyən edilmiş ərazilərində hərəkət etməsinin qadağan edildiyi bildirilib. Bu zaman sürücü yük avtomobillərinin sahibi olan Cəbrayıl rayon sakini 1992-ci il təvəllüdlü Kazım Kərimova (ad-soyad şərtidir) zəng edib. Sahibkar isə əməkdaşları ilə kobud danışaraq müxtəlif iddialar irəli sürüb. Özünü generallardan birinin kimi təqdim edən şəxs təhqiramiz ifadələr işlədib.

Daha sonra Binəqədi rayonu Əhməd Rəcəbli küçəsində K.Kərimov polis əməkdaşları ilə münaqişə yaradıb. Bu səbəbdən o saxlanılıb və sərxoş halda olması müəyyən edilib.

Barəsində inzibati protokol tərtib edilən sahibkar Binəqədi Rayon Məhkəməsinə göndərilib və müvafiq qərarla 10 sutka müddətinə inzibati həbs edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…