Türkiyə Super Liqasının 9-cu turunda “Çaykur Rizespor” və “Trabzonspor” Çaykur Didi stadionunda üz-üzə gəliblər.
İlk hissə
4-cü dəqiqədə Laçinin cərimə meydançası qövsünün arxasından zərbəsini qapıçı Onana tutub. 12-ci dəqiqədə Olavoyinin ötürməsindən sonra Mithat Pala topu cərimə meydançasının sağ cinahından içəri göndərib, Borellinin zərbəsi ilə hesab açılıb. 22-ci dəqiqədə Franculinonun zərbəsində Fofana qola imkan verməyib.
32-ci dəqiqədə Mebudenin ötürməsindən sonra Borelli fərqi iki topa çatdırıb. 34-cü dəqiqədə Salahın künc zərbəsindən sonra Melih Kabasakalın zərbəsini Fofana dəf edib. İlk hissə meydan sahiblərinin 2:0 üstünlüyü ilə başa çatıb.
İkinci hissə
49-cu dəqiqədə Muçinin ötürməsindən sonra Melih Kabasakal hesab arasındakı fərqi azaldıb. 51-ci dəqiqədə Aral Şimşir “Trabzonspor”a bərabərlik qazandırıb. 57-ci dəqiqədə Muçinin zərbəsindən qayıdan topu Franculino tora göndərərək qonaqları önə çıxarıb.
68-ci dəqiqədə Mebudenin ötürməsindən sonra Laçi hesabı 3:3 edib. 73-cü dəqiqədə Muçinin cərimə zərbəsini Fofana tutub. 84-cü dəqiqədə isə Franculino Muçinin ötürməsindən sonra fərqlənərək “Trabzonspor”a qələbə qazandırıb: 4:3.