Konfrans Liqasının 2026/2027 mövsümünün ümumi mərhələsində ikinci turun oyunları bu həftə keçirilib. Turdan sonra “Panatinaikos” 6 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.
“Luqano”, “Brann”, “Trabzonspor”, “Tvente”, “Monako” və “Sent-Trüden” də 6 xal toplayıb. Beləliklə, ümumi mərhələnin ilk iki turundan sonra yeddi komandanın hesabında maksimum xal var.
Beş komanda isə hələ xal qazanmayıb: “Tun”, “Linkoln Red İmps”, “KuPS”, “İnter Eskaldes” və “Kauno Jalgiris”.
Üçüncü turun oyunları 2026-cı il noyabrın 5-də keçiriləcək. Turnir formatına əsasən, ilk səkkiz yeri tutan komandalar birbaşa 1/8 finala yüksələcək. 9-cu yerdən 24-cü yerədək qərarlaşan klublar isə pley-off mərhələsində iştirak edəcək.