Türkiyə Super Liqasının 7-ci turunda lider dəyişib. “Qalatasaray” doğma meydanda “Kasımpaşa”nı 3:1 hesabı ilə yenərək xallarını 16-ya yüksəldib və turnir cədvəlinin ilk pilləsinə çıxıb.
Həftəni qələbə ilə başa vuran “Beşiktaş” 15 xalla ikinci yerə qalxıb. Fasiləyə qədər lider olan Amed Sportif Faaliyetler isə heç-heçə edib və 14 xalla üçüncü pilləyə düşüb. 13 xalı olan “Fənərbaxça” dördüncü, “Trabzonspor” beşinci yerdədir.
Turun nəticələri
Doqquz qarşılaşmada meydan sahibləri iki qələbə qazanıb, qonaq komandalar dörd oyunda üstün olub. Daha üç matç heç-heçə başa çatıb. Turda ümumilikdə 24 qol vurulub, səkkiz komanda rəqib qapısına yol tapa bilməyib.
- “Qalatasaray” – “Kasımpaşa” – 3:1
- “Gənclərbirliyi” – Amed Sportif Faaliyetler – 2:2
- “Alanyaspor” – “Ərzurumspor” – 0:0
- “Samsunspor” – “Trabzonspor” – 0:3
- “Rizəspor” – “Fənərbaxça” – 0:3
- “Konyaspor” – “İstanbul Başakşehir” – 0:0
- “Qaziantep” – “Çorum” – 0:3
- “Beşiktaş” – “Kocaelispor” – 2:1
- “Eyüpspor” – “Göztepe” – 0:4