İtaliya A Seriyasının 13-cü turunda “Sassuolo” və “Napoli” üz-üzə gəlib. Recco-Emiliyada yerləşən “Mapei – Çitta-del-Trikolore” stadionunda keçirilən qarşılaşma 0:0 hesabı ilə başa çatıb. Oyunun baş hakimi Marko Gvida olub.
90 dəqiqə ərzində tərəflər qapılara yol tapa bilməyiblər.
Bu nəticədən sonra “Sassuolo” 9 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb. “Napoli” 19 xalla səkkizinci yerdədir. 13 oyundan 35 xal toplayan “Latsio” çempionata başçılıq edir.
Növbəti turda “Sassuolo” dekabrın 7-də səfərdə “Venesia” ilə qarşılaşacaq. “Napoli” isə dekabrın 5-də “Leççe”ni qəbul edəcək.