“Real Madrid”in və Fransa millisinin hücumçusu Kilian Mbappe “Qızıl top” səsverməsində Fransa futbolu tarixində yeni göstəriciyə imza atıb. The Touchline sosial şəbəkələrdə France Football-un məlumatlarına istinadən xəbər yayıb.
27 yaşlı futbolçu mükafatın səsverməsində ardıcıl doqquz mərasimdə ilk onluğa düşən ilk fransalı olub. Bu nəticə 2017–2026-cı illəri əhatə edir; 2020-ci ildə ləğv edilən mükafat nəzərə alınmayıb.
Mbappe bu göstəricidə üçqat “Qızıl top” qalibi Mişel Platini, eləcə də Zinəddin Zidan, Tyerri Anri, Jan-Pyer Papən və Kərim Benzemanı qabaqlayıb.
“Qızıl top”un 70-ci, yubiley təqdimetmə mərasimi bu gün, oktyabrın 26-da, Londonda “London Palladium” teatrında keçirilir.