Əsas məzmuna keç

AS Bakıda yeni İnyestanın axtarışından yazıb

AS Bakıda yeni İnyestanın axtarışından yazıb
— Foto: idman.biz

İspaniyanın AS nəşri Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalına məqalə həsr edib. Jurnalist İqnasio Kamaço turnirin tanınmamış istedadların üzə çıxması baxımından əhəmiyyətini vurğulayıb.

en ru

Bakıda keçirilən və Festivalı İspaniya mətbuatının diqqətini çəkib. Ölkənin AS nəşri turnir barədə “Bakıda İnyestaları axtararkən” adlı məqalə dərc edib.

Jurnalist İqnasio Kamaço yazısında yarışın gələcəyin futbol ulduzlarını kəşf etmək baxımından əhəmiyyətindən bəhs edib. O, turniri vaxtilə İspaniyada keçirilən Brunete yarışı ilə müqayisə edib. Həmin yarışda Andres İnyesta “Albasete”nin gənc istedadı kimi diqqət çəkmişdi.

İspaniya millisinin gənc futbolçuları

AS-ın yazdığına görə, İspaniyanın U-15 millisində futbol ictimaiyyətinin maraq göstərdiyi bir neçə oyunçu var. Onların sırasında Kristian Moskeranın qardaşı Yulian Moskera, “Betis”in yetirməsi Tiaqo Polo və “Real Madrid”in gənc futbolçusu Alberto Ruis yer alır.

Nəşrin fikrincə, turnirinin əhəmiyyətini yalnız məşhur klubların akademiyalarında yetişən futbolçularla məhdudlaşdırmaq olmaz. Avropa futbolunun diqqətindən kənarda qalan ölkələrdən yüzlərlə yeniyetmə Bakıda bacarığını nümayiş etdirmək imkanı qazanır.

Müəllif qeyd edir ki, futbol ənənələri, maliyyə imkanları və beynəlxalq tanınma səviyyəsi daha məhdud olan ölkələrin oyunçuları üçün yarış gələcək karyeralarını dəyişə biləcək fürsətə çevrilə bilər. Onun qənaətinə görə, turnirin maraqlı tərəflərindən biri hələ tanınmayan istedadların üzə çıxması ehtimalıdır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…