Əsas məzmuna keç

Natiq Əliyevin qızından şikayətçi olan da general imiş

Natiq Əliyevin qızından şikayətçi olan da general imiş

Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum...

en ru

Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.

“Operativ Məlumat Mərkəzi-OMM” “Qafqazinfo”ya istinadən xəbər verir ki, Türkərdən şikayət edənlərdən biri Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini general-mayor Ceyhun Rzayevdir.

Ceyhun və digər zərərçəkmişin şikayəti əsasında Türkər şübhəli şəxs qismində tutulub.

General qızı barədə hələlik məhkəmə qərarı yoxdur. O, hazırda prokurorluqda ifadə verir.

Qeyd edək ki, Türkər Əliyeva tanınmış mediatordur. Ceyhun Rzayev isə uzun illər ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində (MTN) işləyib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…