Əsas məzmuna keç

Netanyahu bu filmin yaradıcıları ilə bağlı araşdırma tələb etdi

Netanyahu bu filmin yaradıcıları ilə bağlı araşdırma tələb etdi

Venesiya Film Festivalında mükafat alan sənədli ekran əsəri İsrail Müdafiə Ordusunda ciddi qalmaqala səbəb oldu. Süni intellekt və Qəzza iddiaları araşdırılır.

en ru

İsrailin Benyamin "NAZA" sənədli filminin yaradıcılarının müəyyənləşdirilməsi və onların fəaliyyətinin araşdırılması üçün təcili tədbirlər görülməsini tələb edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Netanyahu bildirib ki, filmin hazırlanmasında iştirak edən şəxslər, məxfi məlumatların açıqlanması ilə bağlı ağır cinayətlər törədiblər və həssas kəşfiyyat bölməsinin informasiya təhlükəsizliyində boşluq yaradıblar.

İsrailin baş naziri filmdə ölkə və İsrail Müdafiə Ordusu haqqında yanlış, çaşdırıcı və qərəzli təsvirin təqdim olunduğunu iddia edib.

Onun sözlərinə görə, ekran əsəri İsrailin beynəlxalq nüfuzuna ciddi zərər vurur.

Qeyd edək ki, "NAZA" sənədli filmi builki Venesiya Film Festivalında əsas mükafatlardan biri olan münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb. Festivalda nümayiş etdirilən 80 dəqiqəlik film 25 dəqiqəlik alqışlarla qarşılanıb.

Filmdə İsrailin fələstinlilərə qarşı planlaşdırılmış kütləvi qətllər üçün sistemlərindən istifadə etdiyi iddia olunur.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…