Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Netanyahu Türkiyəni “yeni rəqib” adlandırdı

2 dəq
Paylaş:
Netanyahu Türkiyəni “yeni rəqib” adlandırdı

İsrailin Binyamin Türkiyəni ölkəsi üçün “” kimi təqdim edərək Ankara ilə bağlı sərt verib.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Netanyahu yerli “Kanal 14” telekanalına müsahibəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ona yönəlik tənqidlərini xatırladıb və bu bəyanatların İsrailin yürütdüyü siyasətdən qaynaqlandığını iddia edib.

İsrailin coğrafi baxımdan kiçik dövlət olduğunu vurğulayan Netanyahu ölkəsinin gələcəyini təmin etmək üçün qabaqlayıcı tədbirlərin görülməsinin zəruri olduğunu bildirib.

deyib: “Biz ölkəmizin gələcəyini qorumalı, düşmən hesab etdiyimiz tərəflərin yenidən silahlanmasının qarşısını almalı və Türkiyə kimi "yeni rəqiblərin" ortaya çıxmasına mane olmalıyıq”.

Netanyahunun Türkiyəni birbaşa rəqib kimi təqdim etməsi diqqət çəkib.

Müsahibə zamanı Qəzza zolağındakı vəziyyətə də toxunan Netanyahu “Həmas”ın silahı yerə qoymayacağı təqdirdə hərbi əməliyyatların miqyasının genişlənə biləcəyini bildirib.

O, zərurət yaranacağı təqdirdə Qəzza zolağının tamamilə işğal edilə biləcəyini də istisna etməyib.

Müstəqil Fələstin dövlətinin yaradılması məsələsinə münasibət bildirən İsrail rəhbəri keçmişdə buna icazə vermədiyini və gələcəkdə də belə bir dövlətin qurulmasına qarşı çıxacağını bəyan edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə