Əsas məzmuna keç

Klinton: İsraillilər Netanyahuya yenidən səs versə, ABŞ sərt mövqe tutmalıdır

Klinton: İsraillilər Netanyahuya yenidən səs versə, ABŞ sərt mövqe tutmalıdır

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton İsrailin baş naziri Benyamin Netanyahu hökumətini tənqid edib və Vaşinqtonun daha sərt mövqe nümayiş etdirməli olduğunu bildirib.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

ABŞ-nin keçmiş Hillari İsrailin Binyamin Netanyahu və onun hökumətinin siyasətini tənqid edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Klinton MS NOW kanalında yayımlanan proqramda iştirak edərkən Netanyahu hökumətinə münasibətini açıqlayıb.

“Mən İsraili sevirəm ancaq Netanyahu hökumətinə və onun siyasətinə nifrət edirəm. Mən Amerikanı sevirəm, Tramp hökumətinə və onun siyasətinə nifrət edirəm”, – deyə Klinton bildirib.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Məhəmməd bin Zayed Al Nəhyanın 7 oktyabr 2023-cü il hadisələrindən əvvəl Netanyahunu zolağından mümkün hücumla bağlı xəbərdar etdiyi barədə xəbərlərə də toxunan Klinton bunun liderlik uğursuzluğu olduğunu bildirib.

“Onun (Netanyahunun) nə düşündüyünü bilmirəm, amma bu, liderlik uğursuzluğu idi”, – deyə o qeyd edib.

Klinton İsrail cəmiyyətinin Netanyahuya yenidən səs verməsi halında ABŞ-nin daha sərt mövqe sərgiləməli olduğunu vurğulayıb.

“Əgər israillilər yenidən ona (Netanyahuya) səs vermək istəyirlərsə, o zaman məncə, ABŞ çox sərt mövqe tutmalıdır”, – deyə Klinton bildirib.

Klinton işğal altındakı Qərb Şəriyada israilli məskunlaşanların fələstinlilərə qarşı zorakılığı məsələsinə də toxunub.

O, yeni baş nazirin Qərb Şəriyada məskunlaşanların zorakılığına qarşı sərt tədbirlər görməsini arzuladığını bildirib.

“Ümid edirəm ki, yeni (işğal altındakı) Qərb Şəriyada məskunlaşanların zorakılığına qarşı sərt tədbirlər görəcək”, – deyə Klinton qeyd edib.

ABŞ-nin keçmiş dövlət katibi bu cür zorakılıqlara görə cəzasızlığın yolverilməz olduğunu da vurğulayıb.

“Bu, fələstinlilər üçün ədalətsiz, pis və yanlışdır”, – deyə Klinton əlavə edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…