“Barselona”nın keçmiş idarə heyəti üzvü Toni Freyşa Lionel Messinin “Kamp Nou” stadionunda klubla vida mərasiminin nə vaxt keçiriləcəyini açıqlayıb. Onun sözlərinə görə, tədbir təxminən il yarım sonra baş tutacaq.
“Bir il yarımdan sonra “Kamp Nou”da “Barselona”nın Leo Messi ilə vida mərasimi keçiriləcək. Bu, təsdiqlənmiş məlumatdır”, – deyə Freyşa bildirib. O, mərasimin dəqiq tarixini açıqlamayıb.
Messi “Barselona”nın yetirməsidir. Argentinalı futbolçu Kataloniya klubunun əsas komandasında 2004–2021-ci illərdə çıxış edib. Bu müddətdə o, komanda və fərdi mükafatlar qazanıb, həmçinin rekord sayda – səkkiz dəfə “Qızıl top”a layiq görülüb.
Messi ötən həftə Argentina millisinin heyətində vida matçına çıxıb. Argentina Benini 3:0 hesabı ilə məğlub edib. Messi həmin görüşdə qol vurub və iki məhsuldar ötürmə verib.