Əsas məzmuna keç

Niderland 86 ton qızıl ehtiyatını ABŞ-dən Londona köçürüb

Niderland 86 ton qızıl ehtiyatını ABŞ-dən Londona köçürüb

Niderland Mərkəzi Bankı qızıl rezervlərinin idarə olunmasını optimallaşdırmaq və potensial böhranlara qarşı çeviklik qazanmaq məqsədilə strateji addım atıb.

en ru

Mərkəzi Bankı son altı ay ərzində Şimali Amerikada, xüsusilə Nyu-York və Ottavada saxlanılan 86 ton qızıl ehtiyatını Böyük Britaniyanın paytaxtı Londona köçürüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Niderland Mərkəzi Bankı məlumat yayıb.

Bildirilib ki, köçürmə nəticəsində Şimali Amerikada saxlanılan qızıl ehtiyatlarının 27,5 faizi Böyük Britaniyaya transfer edilib.

rəsmiləri qərarın əsas məqsədinin qızıl ehtiyatlarının beynəlxalq bazarlarda daha rahat alınıb-satılmasını təmin etmək və gözlənilməz iqtisadi böhranlar zamanı daha çevik hərəkət etmək olduğunu açıqlayıblar.

Niderland Mərkəzi Bankının rəhbərliyi qızıl ehtiyatlarının İngiltərə Mərkəzi Bankının anbarlarında saxlanılmasının strateji üstünlüklərə malik olduğunu vurğulayıb.

Qeyd olunub ki, Londonda saxlanılan qızıl ehtiyatları fövqəladə hallar zamanı daha səmərəli şəkildə istifadə oluna və beynəlxalq bazarlarda daha asan likvidləşdirilə bilər.

Valyuta məzənnəsi

Mərkəzi Bankın rəsmi məzənnəsi, 26.10.2026

Banklarda alış-satış ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…