Əsas məzmuna keç

Pakistan ABŞ ilə iqtisadi əlaqələrini genişləndirir

Pakistan ABŞ ilə iqtisadi əlaqələrini genişləndirir

Pakistanın maliyyə naziri Məhəmməd Auranzeb Vaşinqtonda keçirdiyi görüşlərdə ölkəsinin beynəlxalq kapital bazarlarına çıxışını artırmaq və ABŞ-dan birbaşa investisiya cəlb etmək üçün danışıqlar aparıb.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

ABŞ ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində danışıqları intensivləşdirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Pakistanın maliyyə naziri Auranzebin Vaşinqtona səfəri çərçivəsində keçirilən görüşlərdə imkanları, inkişaf maliyyələşdirilməsi və beynəlxalq bazarlarına çıxış məsələləri müzakirə olunub.

Bildirilib ki, Pakistan hazırda Beynəlxalq Valyuta Fondunun (IMF) 7 milyard dollarlıq proqramı çərçivəsində genişmiqyaslı iqtisadi islahatlar həyata keçirir. Nazir Məhəmməd Auranzeb ABŞ-ın maliyyə naziri Skott Bessent, ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC) rəsmiləri, “Honeywell Technologies” şirkətinin rəhbərliyi və bir sıra beynəlxalq qruplarının nümayəndələri ilə görüş keçirib.

Pakistan Maliyyə Nazirliyinin məlumatına görə, görüşlərdə ölkənin makroiqtisadi sabitləşmədən ixracyönümlü artım modelinə keçidi, beynəlxalq kapital bazarlarına çıxışın genişləndirilməsi, valyuta ehtiyatlarının möhkəmləndirilməsi və suveren kredit reytinqinin yüksəldilməsi məsələləri müzakirə edilib. Tərəflər iqtisadi əməkdaşlığın genişləndirilməsi və ABŞ investisiyalarının artırılması istiqamətində öhdəliklərini təsdiqləyiblər.

Məlumata əsasən, Pakistan növbəti üç il ərzində suveren istiqraz və sukuk buraxılışlarını dəstəkləmək məqsədilə beynəlxalq bank konsorsiumları ilə strateji tərəfdaşlığa başlayıb. Bu çərçivədə proqrama ilk dəfə olaraq “MUFG Securities Asia” və “Mashreq Bank” da cəlb edilib.

Bundan başqa, maliyyə naziri “Honeywell Technologies” rəhbərliyi ilə Pakistanın neft emalı sektorunun modernləşdirilməsi layihəsini müzakirə edib. Layihənin daxili emal gücünün artırılması və idxal olunan neft məhsullarından asılılığın azaldılmasına xidmət edəcəyi bildirilib. Həmçinin layihənin maliyyələşdirilməsi ilə bağlı ABŞ İxrac-İdxal Bankı və DFC-nin mümkün dəstəyi ətrafında ilkin müzakirələr aparılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…