Əsas məzmuna keç

Qazaxıstan və Çin arasında 15 milyard dollarlıq tarixi sazişlər imzalanıb

Qazaxıstan və Çin arasında 15 milyard dollarlıq tarixi sazişlər imzalanıb

Prezident Kasım-Jomart Tokayevin Şanxaya səfəri çərçivəsində tərəflər süni intellekt, nəqliyyat və sənaye sahələrində əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.

en ru

və Çin arasında iqtisadi əməkdaşlıqda yeni mərhələ başlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Şanxaya səfəri zamanı ümumi dəyəri 15 milyard dollardan çox olan kommersiya müqavilələri imzalanıb. Razılaşmalar , rəqəmsallaşma, və sənaye sahələrini əhatə edir.

Çin şirkətləri ilə görüşündə iki ölkə arasındakı əməkdaşlığı növbəti “qızıl otuz il” kimi qiymətləndirib. O bildirib ki, Astananın əsas məqsədi yalnız cəlb etmək deyil, həmçinin yeni texnologiyaların hazırlanması, elmi-tədqiqat mərkəzlərinin yaradılması və istehsal zəncirlərinin inkişaf etdirilməsidir.

Məlumata görə, ötən il Qazaxıstan və Çin arasında ticarət dövriyyəsi 49 milyard dollara çatıb, Çinin ölkəyə yatırdığı investisiyaların həcmi isə 30 milyard dolları ötüb. Hazırda Qazaxıstanda Çin kapitalı ilə fəaliyyət göstərən 8500-dən çox şirkət var.

Əməkdaşlığın əsas istiqamətlərindən biri süni intellekt və rəqəmsal infrastruktur olacaq. Çin şirkətlərinin məlumat mərkəzləri, “ağıllı şəhərlər” və rəqəmsal logistika layihələrində iştirakı nəzərdə tutulur.

Bundan əlavə, Xəzər dənizində yerləşən Kurık limanında çoxfunksiyalı kompleksin tikintisi ilə bağlı razılaşma əldə olunub. Layihəyə ilkin mərhələdə 300 milyon dollar, ümumilikdə isə 1,1 milyard dollara qədər investisiya yatırılması planlaşdırılır.

Tikintinin 2026-cı ildə başlanması, kompleksin isə 2028-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur. Layihənin illik ötürücülük qabiliyyətinin 15 milyon ton olacağı və Asiya-Avropa nəqliyyat dəhlizinin inkişafına töhfə verəcəyi bildirilir.

Valyuta məzənnəsi

Mərkəzi Bankın rəsmi məzənnəsi, 16.10.2026

Banklarda alış-satış ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…