Əsas məzmuna keç

Tramp qurultayda dünyaya mesaj verdi: İran, sərhəd və iqtisadiyyat gündəmdə

Tramp qurultayda dünyaya mesaj verdi: İran, sərhəd və iqtisadiyyat gündəmdə

ABŞ prezidenti Donald Tramp Respublikaçılar Partiyasının milli qurultayında çıxış edərək administrasiyasının daxili siyasət, sərhəd təhlükəsizliyi və iqtisadiyyat sahələrində uğurlar qazandığını bildirib.

ru en

ABŞ Prezidenti Texas ştatının Dallas şəhərində keçirilən Partiyasının iki günlük milli qurultayında çıxış edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Tramp çıxışında əsasən daxili siyasət, sərhəd təhlükəsizliyi və məsələlərinə toxunub. O, prezidentliyi dövründə mühüm addımlar atıldığını və ABŞ-nin əvvəlkindən daha yaxşı vəziyyətə gətirildiyini müdafiə edib.

ABŞ-nin Co Baydenin prezidentliyi dövründə siyasi və iqtisadi baxımdan çətin vəziyyətdə olduğunu iddia edən Tramp öz prezidentliyi ilə ölkənin toparlandığını söyləyib.

O, ABŞ-də “açıq sərhəd” siyasətinin tətbiq edildiyini və vəzifəyə gəldikdən sonra bunun qarşısını aldığını bildirib. Tramp son aylarda sərhəddən qanunsuz miqrant keçidlərinin sıfıra endirildiyini iddia edib.

Demokratları “solçu kommunistlər” adlandıran Tramp noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərində bütün Respublikaçı namizədlərə səs verməyə çağırıb.

İranla bağlı danışan Tramp bu ölkənin nüvə silahına sahib olmasının qarşısını almaq üçün müharibəyə girdiklərini və “bu müharibəni qazandıqlarını” deyib.

Tramp davam edən müharibənin qalibiyyətlə başa çatacağı təqdirdə neft qiymətlərinin ucuzlaşacağını bildirib. O, Hörmüz boğazında ticarətə ABŞ-nin nəzarət etdiyini iddia boğazın adının “Tramp boğazı” olaraq dəyişdirilməsini təklif edib.

ABŞ-nin Venesuelaya müdaxilə edərək ölkə üzərində ciddi nəzarət qurduğunu deyən Tramp Karakas rəhbərliyi ilə əldə olunan neft razılaşmasını yüksək qiymətləndirib.

Onun sözlərinə görə, saziş ABŞ iqtisadiyyatına əhəmiyyətli töhfə verib və İranla bağlı böhrana baxmayaraq ölkədə benzin qiymətlərinin müəyyən həddə saxlanmasına imkan yaradıb.

ABŞ-də ənənəvi olaraq ilində keçirilən və partiyaların prezidentliyə namizədlərinin rəsmən elan olunduğu milli qurultaylar siyasi sistemdə mühüm yer tutur. Trampın iyun ayında etdiyi çağırışdan sonra Respublikaçılar Partiyasının milli qurultayının Konqresə aralıq seçkilərindən əvvəl keçirilməsi qərara alınıb. Bu, qurultayın keçirilmə vaxtı baxımından ilk hal hesab olunur.

ABŞ Prezidenti qurultayın aralıq seçkilərindən əvvəl Respublikaçı elektoratın birləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…