Əsas məzmuna keç

İrandan xəbərdarlıq: Trampın təhdidlərinin təsiri yalnız bizimlə məhdudlaşmayacaq

İrandan xəbərdarlıq: Trampın təhdidlərinin təsiri yalnız bizimlə məhdudlaşmayacaq

İran rəsmisi Qəribabadi ABŞ prezidenti Donald Trampın mülki infrastruktura hücum təhdidlərini beynəlxalq hüququn pozulması kimi qiymətləndirib.

en ru

İran rəsmisi Qəribabadi "X" sosial şəbəkəsindəki hesabında prezidenti Trampın İranın mülki infrastrukturuna hücumla bağlı səsləndirdiyi təhdidlərə münasibət bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, o qeyd edib ki, İranın ərazi bütövlüyünə qarşı güc tətbiq etmək Nizamnaməsinin və Baş Assambleyanın 3314 saylı qətnaməsinin kobud şəkildə pozulmasıdır.

Qəribabadi aşağıdakı beynəlxalq hüquq normalarına diqqət çəkib:

“Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun 8-ci maddəsinə əsasən, stansiyaları və körpülər kimi mülki obyektlərə hücum təhdidi müharibə cinayətidir. 1977-ci il Cenevrə Protokolunun 52-ci maddəsinə görə, bu cür bəyanatlar fərdi cinayət məsuliyyəti yaradır”.

İranın özünü müdafiə hüququndan istifadə edəcəyini vurğulayan rəsmi, BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən hər cür təhdidə qətiyyətlə cavab veriləcəyini bildirib.

O, ABŞ liderinə bu təhdidlərdən əl çəkməyi tövsiyə edərək, əks halda onun tarixə super müharibə cinayətkarı kimi düşəcəyini və bu addımların fəsadlarının yalnız İranla məhdudlaşmayacağını əlavə edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…