Azərbaycanın U-23 minifutbol millisi Xorvatiyada keçirilən dünya çempionatının yarımfinal mərhələsində Rumıniya yığması ilə qarşılaşacaq. Beləliklə, İlkin Hacıyevin baş məşqçisi olduğu komandanın final uğrunda rəqibi müəyyənləşib.
Yarımfinal görüşü sabah Bakı vaxtı ilə saat 14:45-də start götürəcək.
Azərbaycan millisi turnirdə Birləşmiş Ərəb Əmirlikləri və Çexiya komandalarını 4:2, Slovakiyanı isə 3:2 hesabı ilə məğlub edib. Rumıniya ilə keçirilən qarşılaşma 3:3 hesabı ilə başa çatıb.