19 yaşadək futzalçılar arasında 2027-ci il Avropa çempionatının əsas mərhələsinin püşkü atılıb. Püşkün nəticəsinə əsasən, Azərbaycan U-19 millisi yeddinci qrupda yer alıb.
Millimizin qrupdakı rəqibləri Ukrayna, Xorvatiya və Yunanıstan seçmələridir. Qrup mərhələsinin oyunları 2027-ci il martın 30-dan aprelin 4-dək Xorvatiyada keçiriləcək.
Avropa çempionatının final mərhələsinə yalnız qrup qalibi vəsiqə qazanacaq. Turnirin həlledici mərhələsi Qazaxıstanda təşkil olunacaq.