Əsas məzmuna keç

"Onların razılaşmaya getməməsi üçün heç bir səbəb yoxdur"

"Onların razılaşmaya getməməsi üçün heç bir səbəb yoxdur"

ABŞ Prezidenti Donald Tramp İslam Respublikasını ciddi xəbərdarlıqla üz-üzə qoyub. Nyu-Yorkda keçirilən BMT sessiyasında Hörmüz boğazı və sülh danışıqları müzakirə olunub.

en ru

lideri İranla razılaşmasının əldə olunmaması halında mühüm qərar verməli olacağını bildirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

"Mən mühüm qərar verməli olacağam. İranla onlara ölkəni yenidən qurmağa və onu əvvəlkindən daha böyük etməyə imkan verəcək razılaşma əldə olunacaqmı? Əks halda İslam Respublikasını məhv etməli olacağam və bunu tez bir zamanda edəcəyəm ki, onlar daha insanları öldürə və ölkələri dağıda bilməsinlər", - Tramp deyib.

Tramp Baş Assambleyasının Nyu-Yorkda keçirilən sessiyası çərçivəsində Yaxın Şərq ölkələrinin liderləri ilə də görüşüb. Görüş zamanı Hörmüz boğazından gəmiçiliyin bərpası məsələsi müzakirə olunub.

ABŞ Prezidenti İranla razılaşmanın seçkilərdən dərhal sonra əldə edilə biləcəyini də istisna etməyib.

"Düşünürəm ki, İranla seçkilərdən dərhal sonra razılaşma əldə edəcəyik, çünki onların razılaşmaya getməməsi üçün heç bir səbəb yoxdur. Onlar aralıq seçkilərdə işlərimin necə gedəcəyini gözləyirlər", - Tramp bildirib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…