Əsas məzmuna keç

Tramp “Axios”un İranla bağlı yazısını təkzib etdi - "Mən İrana heç nə təklif etməmişəm!"

Tramp “Axios”un İranla bağlı yazısını təkzib etdi - "Mən İrana heç nə təklif etməmişəm!"

ABŞ prezidenti Donald Tramp “Axios” portalının Vaşinqtonun İranın nüvə proqramı ilə bağlı tələbləri yerinə yetirməsi müqabilində sanksiyaları yumşaltmağa hazırlaşdığı barədə məlumatını yalan adlandırıb.

en ru

ABŞ Prezidenti “Axios” xəbər portalının Vaşinqtonun Tehranın nüvə proqramı ilə bağlı şərtləri yerinə yetirməsi qarşılığında sanksiyaları yumşaltmağa və dondurulmuş aktivləri azad etməyə hazır olması barədə yaydığı məlumatı sərt şəkildə təkzib edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Tramp özünün “Truth Social” platformasında etdiyi paylaşımda iddiaların tamamilə yalan olduğunu bildirib.

“Axios indicə Trampın İrana sanksiyaların yumşaldılmasını və dondurulmuş aktivlərin açılmasını təklif etdiyini yazdı. Bu, yalandır. Mən İrana heç nə təklif etməmişəm!” – deyə ABŞ qeyd edib.

əlavə edib ki, nəşrin məqaləsi yalnız ona qarşı yönəlmiş qərəzli kampaniyanın tərkib hissəsidir və “Axios”u sözügedən materialı dərhal silməyə çağırıb.

Buna qədər "Axios" adı açıqlanmayan ABŞ rəsmilərinə istinadən xəbər vermişdi ki, Ağ Ev Tehranın müəyyən addımları qarşılığında sanksiyaların yumşaldılması variantını nəzərdən keçirir. Lakin Tramp bir neçə gün əvvəl İranın Hörmüz boğazının açılması ilə bağlı təklifini də yetərsiz adlandıraraq rədd etdiyini bildirmişdi.

Digər tərəfdən, Prezidenti Vladimir Putin Moskvanın İran və ABŞ arasında atəşkəs barədə memorandumun imzalanmasını alqışladığını bəyan etsə də, əldə olunan razılaşmanın hələ ki kövrək və qeyri-müəyyən olduğu bildirilir.

Tramp isə Birləşmiş Ştatların İran üzərində "möhtəşəm qələbə" qazandığını iddia edərək, bu proseslərin fonunda neft qiymətlərinin müharibədən əvvəlki səviyyəyə qədər əhəmiyyətli dərəcədə düşəcəyini vəd edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…